Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunları üçün hakim təyinatları müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi oyunu hesab olunan “Qarabağ” – “Qəbələ” görüşü İnqilab Məmmədova tapşırılıb.
“Zirə” – “Neftçi” matçını isə Rəhim Həsənov idarə edəcək.
24 avqust (şənbə)
19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”
25 avqust (bazar)
18:45. “Sabah” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”
21:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Azersun Arena”
26 avqust (bazar ertəsi)
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.