Slovakiya milli komandasının sabiq futbolçusu Martin Şkrtel Türkiyənin "İstanbul Başakşehir" klubuna keçib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 34 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Şkrtel yeni komandasında 37 nömrəli formada çıxış edəcək. O, daha əvvəl İtaliya "Atalanta"sı ilə müqaviləsini pozub. Təcrübəli oyunçu səbəb kimi A Seriyasında çıxış etməyə fiziki cəhətdən hazır olmamasını göstərib.
Qeyd edək ki, Martin Şkrtel əvvəllər Slovakiyanın "Trençin", Rusiyanın "Zenit", İngiltərənin "Liverpul" və Türkiyənin "Fənərbağça" komandalarında da forma geyinib.