Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Keşlə” yoldaşlıq matçı keçirəcək.
Sportnet.az-ın məlumatına görə, rəqib I Divizion təmsilçisi “Qaradağ Lökbatan” olacaq. Sentyabrın 7-də Bakı Olimpiya Stadionunun köməkçi meydançasında təşkil olunacaq qarşılaşma saat 16:30-da başlanacaq.