Gürcüstanın U-21 millisinin baş məşqçisi Giorgi Tsetsadze Azərbaycanı məğlub etdikləri AVRO-2021-in seçmə oyunundan sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, 45 yaşlı mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb.
- Fikrimcə, yaxşı oynadıq və layiqli qələbə qazandıq. 3 xal qazanmağımız məntiqəuyğun idi. Bunu ilk növbədə göstərdiyimiz oyuna görə haqq edirdik.
- Hesabı fasiləyə saniyələr qalarkən açdınız. Sizcə, bu, matçın qırılma nöqtəsi oldu?
- Əlbəttə, ilk hissənin sonunda qol vurmağımız yaxşı idi. Nəticədə fasiləyə yüksək əhval-ruhiyyədə getdik. Ancaq onu da nəzərə alaq ki, bunadək də çox qol imkanımız vardı. Fərqi yoxdur ki, hansı dəqiqədə qol vurursan. Əsas bunu reallaşdırmaqdı. Biz də bunu etdik və qalib gəldik.
- Sizcə, hesab oyuna görə oldu? Nəticə qüvvələr nisbətində belə böyük fərqin olması reallığını əks etdirir?
- Bizim üçün fəqqi yox idi ki, hansı hesabla qalib gələrdik. Əass üstünlüyümüz rəqibin qırmızı vərəqə almasından sonra oldu. Sonda belə alındı ki, 3:0 hesabıyla qalib gəldik.
- Yığmamız hansı oyun komponentlərində diqqətinizi çəkdi?
- Fikrimcə, Azərbaycan yığması yaxşı komandadı. Məncə, rəqibimiz Slovakiya ilə görüşdən sonra yorulmuşdu. Hansında ki, yaxşı oynayaraq layiqli qələbə qazanmışdı.