Hollandiya Kubokunda "Kvik Boys" və "Katveyk" komandaları arasında keçirilmiş 1/64 final oyunu zamanı baş hakim Rob Diperinq ağır zədə alıb.
Sportnet.az-ın məlumatına görə, əsas vaxtın sonlarında referi ayağında ağrılar hiss edib. O, oyunu dayandıraraq, həkimlərdən kömək istəyib. Ayağının xəsarət görmüş hissəsi dondurulduqdan sonra Diperink işini davam etdirə bilib.
Tibbi müayinədən sonra 31 yaşlı referinin topuğunda sınıq aşkarlanıb. Bununla belə, zədədən sonra baş hakim 2 dəqiqəlik uzatma və 30 dəqiqəlik əlavə vaxtı başa vura bilib. Görüş "Katveyk"in qələbəsi ilə yekunlaşıb.