
Hesab bizim üçün gözlənilməz oldu. Ağır oyun olacağını bilirdik. Rəqib görüşə yaxşı başladı. İlk hissədə qol epizodlarımız oldu, ancaq istifadə edə bilmədik. İkinci hissəni isə demək olar ki, müdafiədə keçirdik və bu səbəbdən 70-ci dəqiqədən sonra qollar buraxdıq. "Sabah"ı əks hücumlarda yaxalamaq istədik, ancaq alınmadı. Fasilədən sonra müdafiədə oturduq". Sportnet.az xəbər verir ki, bu fikirləri "Səbail"in futboluçusu Urfan Abbasov Premyer Liqanın VI turunda "Sabah"a uduzduqları (0:3) oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 27 yaşlı müdafiəçi bildirib ki, 0:3 hesabı oyuna görə olmayıb: "Fərdi səhvlərə yol verdik. Bu oyunu unutmalı, növbəti görüşlərə köklənməliyik". Abbasov VII turda "Neftçi" ilə qarşılaşacaqları oyun barədə də fikirlərini bölüşüb: "Onlar çempionluğa oynayan komandalardan biridir. Əlimizdən gələni edəcəyik ki, nəticəmiz yaxşı olsun".