
Hollandiya millisinin müdafiəçisi Deyli Blind AÇ-2016-nın seçmə
mərhələsi çərçivəsində keçirilən Latviya ilə
oyundazədələnib. Sportnet.az-ın məlumatına görə, mübarizəni davam
etdirə bilməyən "Mançester Yunayted"in futbolçusu 20-ci dəqiqədə
əvəzlənib.
Yığmanın baş məşqçisi Quss Hiddink matçdan
sonra 24 yaşlı yarımmüdafiəçinin zədəsi haqqında danışıb: "Zədə kifayət
qədər xoşagəlməzdi. O, bağlarındakı ağrılardan zərər çəkir. Dartılma və ya
sınıq da ola bilər. Bu, çox ciddi itkidi".
İlkin məlumatlara görə, Blind təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.