
Bu gün AFFA-nın binasında İntizam Komitəsinin
iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda I divizionda baş
verən neqativ hallar müzakirə olunub.
Belə ki, 14 noyabr 2014-cü il, 2014/2015
mövsümündə, Azərbaycan I divizionun XI turunun "Neftçala” – "Kəpəz” matçında
"Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100
manat cərimə olunub.
14 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XI turunun "Lokomotiv” – "Şəmkir” matçının 90+2-ci dəqiqəsində "Şəmkir” klubunun 29 №-li futbolçusu Vüqar İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 20 manat cərimə olunub.