"Təşkilatçılığa görə ölkənizin federasiya rəhbərliyinə minnətdarlığımı bildirir, Azərbaycan yığmasını qrup qalibi olması münasibətilə təbrik edirəm".
Sportnet.az xəbə verir ki, bunu futzal üzrə dünya çempionatının Bakıdakı əsas seçmə mərhələsində Azərbaycan yığmasına 0:2 hesabı ilə məğlub olan Slovakiya millisinin baş məşqçisi Marian Berki oyunsonrası mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis meydan sahiblərinin oyununu yüksək qiymətləndirib: İki səhv buraxdıq və bunun nəticəsində də uduzduq. Millinizdə bir neçə oyunçu fərdi ustalığı ilə seçilirdi. Fasilədən sonra çoxlu səhvlər buraxdıq. Fərqlənmək üçün səy göstərsək də, buna nail olmadıq. Qalib gəlmək üçün isə qol vurmaq lazımdır".
Qeyd edək ki, Azərbaycanla yanaşı, Slovakiya da dünya çempionatının elit-raunduna vəsiqə qazanıb.