Yamayka milli komandasının qadın futbolçusu Taraniya Klark müəmmalı şəkildə dünyasını dəyişib.
Sportnet.az-ın BBC-yə istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi xəstəxanada ölüb. Hadisə oktyabrın 31-də saat 21:00 radələrində onun telefon danışığından sonra baş verib. Klark və başqa bir qadın arasında mobil telefon üstündə mübahisə düşüb. Nəticədə futbolçu bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Şübhəli şəxs isə saxlanılıb.
Qeyd edək ki, Taraniya Klark "Uoterhaus" klubunun üzvü idi.