
"Keşlə"nin futbolçusu İlkin Qırtımov Azərbaycan Premyer Liqasının XI turunda keçmiş komandası "Neftçi"yə qarşı çıxış edə bilməyəcək.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi "Səbail" klubu ilə hazırda davam edən matçın ilk yarısında sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, "Keşlə" - "Neftçi" qarşılaşması noyabrın 9-da olacaq.