"Qalib gəlmək üçün hər şeyi etsək də, bu, bizə kifayət etmədi. Son 30 dəqiqə ərzində rəqibin cərimə meydançası qarşısında daha çox enerji sərf etməli idik. Daha çox qol imkanı yarada bilərdik, amma qarşı tərəf yaxşı müdafiə olundu. Oyundan yox, nəticədən narazıyam".
Sportnet.az-ın məlumatına görə, bunu APOEL-in baş məşqçisi Tomas Doll Larnaka AEK-i ilə qolsuz heç-heçə etdikləri Kipr çempionatının VIII tur matçından sonra mətbuat konfransında deyib. Almaniyalı mütəxəssis komandasını noyabrın 7-də "Qarabağ"la vacib oyunun gözlədiyini vurğulayıb. O, Avropa Liqasının IV tur qarşılaşmasında meydana hansı futbolçuların çıxacağını bilmədiyini söyləyib.