"Qarabağ"ın Kiprdə APOEL-lə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt, Kristofer Joger dördüncü hakim qismində kömək edəcək.
Yunanıstanlı Georgios Bikas hakim-inspektor, israilli Ariel Kennet Şayman UEFA nümayəndəsi olacaq.
36 yaşlı Şüttenqruber 5 ildir FIFA referisidir. O, indiyədək Azərbaycanın heç bir komandasının oyununu idarə etməyib.
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.