İspaniya polisi futbol matçlarında oyun alqı-satqısı ilə bağlı 9 nəfəri saxlayıb.
Sportnet.az "El Pais" nəşrinə istinadən xəbər verir ki, həbs olunanlar arasında bir neçə fəal oyunçu da var. Saxlanılanlar korrupsiya, çirkli pulların yuyulması, əmlakdan qanunsuz istifadəyə görə şübhəli bilinirlər.
Qeyd edək ki, bu, hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı ikinci əməliyyatıdır. İlk proses bu ilin mayında olub. Həmin vaxt "Real Madrid"in sabiq futbolçusu Raul Brava saxlanılıb.