
Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ilk yarısı artıq arxada qalmaq üzrədir.
Sportnet.az xəbər verir ki, cari mövsümdə oynanılan 12 tur ərzində "Sumqayıt" klubu ümumilikdə 5 limitə uyğun futbolçunun xidmətindən istifadə edib.
Komandanın baş məşqçisi Ayxan Abbasov ilk turda "Qəbələ" ilə qarşılaşmanı 4 limit futbolçu ilə başa vurub. Ümumilikdə götürsək, arxada qalan 12 tur ərzində "Sumqayıt" FK-nın heyətində Premyer Liqa oyunlarında ən azı 2 limit futbolçu meydanda olub.
Bu futbolçulardan ən çox oyun keçirən Elvin Cəfərquliyev və Səbuhi Abdullazadədir. Hər iki futbolçu 10 qarşılaşmada meydanda olub. Elvin Cəfərquliyev meydanda olduğu 734 dəqiqə ərzində 1 qola da imza atıb. Bundan başqa, Süleyman Əhmədov 8, Murad Xaçayev 2, Rüfət Abdulllazadə isə 1 oyunda meydanda olub.
1. Elvin Cəfərquliyev - 26.10.2000-ci il / 10 oyun (734 dəqiqə) - 1 qol.
2. Səbuhi Abdullazadə - 18.12.2001-ci il / 10 oyun (672 dəqiqə).
3. Süleyman Əhmədov - 25.11.1999-cu il / 8 oyun (401 dəqiqə).
4. Murad Xaçayev - 15.04.1998-ci il / 2 oyun (172 dəqiqə).
5. Rüfət Abdullazadə - 17.01.2001-ci il / 1 oyun (18 dəqiqə).