
"Güclü komandaya qarşı oynayacağımızın fərqindəyik. Növbəti mərhələyə adlamaq üçün bizə xal lazımdır. Müdafiədə diqqətli olmalı, öz oynumuzu sərgiləməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Xayme Romero UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İspaniyada "Sevilya" ilə keçirəcəkləri oyun haqda danışarkən deyib.
İspaniyalı yarımmüdafiəçi matçın keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionundakı mətbuat konfransında bildirib ki, müdafiədə diqqətli olmalı, boşluqlar buraxmamalıdırlar: "Əlimizə düşən fürsətlərdən istifafə etməliyik. Buradan 1 xalla qayıtmaq istərdik. Təəssüf ki, indiyə qədər bu stadionda oynamaq mənə nəsib olmayıb. Bir ispaniyalı kimi mənim üçün burada meydana çıxmaq xoşdur. Sabah 10-a yaxın ailə üzvüm stadionda olacaq".
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.