
Qarabağ"ı UEFA Avropa Liqasının V turu çərçivəsində "Sevilya" ilə İspaniyadakı oyunda 40-a yaxın azarkeş dəstəkləyəcək.
Sportnet.az-ın verdiyi məlumata görə, onlar Azərbaycandan gedən və Avropada yaşayan soydaşlarımızdır.
Bu gün matçın keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionu 43 min tamaşaçı tutumuna malik olsa da, son məlumatlara əsasən, 20 minə yaxın bilet satılıb.
Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.