Malta milli komandasına yeni baş məşqçi təyin olunub. 
Sportnet.az-ın məlumatına görə, bu, əvvəllər İtaliya "Palermo"suna rəhbərlik etmiş Devis Mancadır. Onunla 2023-cü ilin dekabrınadək müqavilə bağlanılıb. 45 yaşlı mütəxəssisin son iş yeri Rumıniya "Universitatya"sı olub. 
Qeyd edək ki, Malta millisi 2020-ci il martın 30-da evdə Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək. 









                 




    
    
    
    
    
    
    
    
    






















































