Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.
Sportnet.az-ın məlumatına görə, bu gün ölkə təmsilçilərindən "Neftçi" klubu yoxlama matçında qüvvəsini sınayıb. "Ağ-qaralar" bu dəfə Kiyev "Dinamo"su ilə üz-üzə gəlib. Baş məşqçi Roberto Bordinlə yollarını ayıran "Neftçi" klubunu Ukrayna təmsilçisi ilə görüşə Füzuli Məmmədov çıxarıb.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1. "Dinamo"dan Viktor Mikolenko 12-ci, Nazari Rusin 19-cu dəqiqədə fərqlənib. "Neftçi"nin təsəlli qolunu isə 69-cu dəqiqədə Vangelis Platellas vurub. Oyundan əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan klubunun futbolçuları meydana qara sarğı ilə çıxıblar.
Qeyd edək ki, "Neftçi" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub. Azərbaycan klubu son yoxlama görüşünü yanvarın 24-də Ukraynanın digər təmsilçisi "Desna"ya qarşı keçirəcək.
20 yanvar
Yoxlama oyunu
18:00. "Neftçi" - "Dinamo" (Kiyev, Azərbaycan) - 1:2
Qollar: Vangelis Platellas, 69 - Vitali Mikolenko, 12. Nazari Rusin, 19
Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mboc, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 11.Vanqelis Platellas, 15.Saman Nərimancahan, 18.Tural Axundov, 77.Donald Gerye, 93.Soni Mustivar.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 17.Rəhman Hacıyev, 26.Ömər Buludov, 27.Nabi Silla, 33.Turan Vəlizadə, 36.Mamadu Kane, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 56.Elton Əlibəyli, 74.Nazim Bağırov, 75.Nihad Qurbanlı, 80.İsmayıl Zülfüqarlı.