
"Bu kollektivə qatılmağıma xoşbəxtəm. Komanda yoldaşlarım və texniki heyət məni əla qarşıladı. Həqiqətən də, komandaya fayda gətirmək üçün buraya gəlmişəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail" komandasının yeni transferi Hendrik Ekşteyn deyib. Cənubi afrikalı hücumçu Azərbaycana qayıtmağıma çox sevindiyini bildirib: "Qısa zamanda bu ölkədə özümü evdəki kimi hiss etdim. Komandada əla oyunçular var və "Səbail"də debütümü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Hendrik Ekşteyn mövsümün ilk yarısını "Sabah"da keçirib.