
"Sumqayıt" komandası Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesində son məşqini keçirib.
Sportnet.az xəbər verir ki, komanda günü bir məşqlə başa vurub. Təxminən 1 saat 20 dəqiqə davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.
Qeyd edək ki, "Sumqayıt" yanvarın 25-də Türkiyədə son yoxlama oyununa çıxacaq. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Qazaxıstan təmsilçisi "Şaxtyor Karaqanda" ilə qarşılaşacaq. Bələk qəsəbəsindəki "Titanik" otelinin stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Bununla da təlim-məşq toplanışını başa vuracaq olan komanda yanvarın 26-sı səhər saatlarında Vətənə qayıdacaq.