
"Qarabağ"ın futbolçusu Dani Kintana Çinin "Chengdu Better City" klubuna transfer olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Taylandda davam edən düşərgəsinə yollanacaq.