
İspaniyanın "Real Madrid" komandası mövsümdə ilk dəfə ev oyununda uduzub.
Sportnet.az-ın məlumatına görə, "kral klubu" ölkə kubokunun 1/4 finalında "Real Sosyedad"a "Santyaqo Bernabeu" stadionunda məğlub olub - 3:4. Bu oyunadək paytaxt təmsilçisi La Liqa, ölkə kuboku və Çempionlar Liqasında heç vaxt evdə yenilməyib. Madrid komandası Fransada PSJ və İspaniyada "Malyorka"ya uduzub.
1/4 finalın digər görüşündə "Atletik" "Barselona"nı qəbul edəcək. Bu oyundan sonra bütün yarımfinalçılar müəyyənləşəcək. Final matçı aprelin 18-də Sevilyada olacaq.
Qeyd edək ki, hazırda "Real Madrid" La Liqada 22 oyundan 49 xalla 1-ci yerdə gedir.