"Uzun müddətdir ki, meydana çıxmırdım. Həyəcan yox idi. Qələbə qazanmaq istəyirdik. Yaxşı oynadıq və mübarizə apardıq. Amma qələbə topu çatmadı. Azarkeşlərə də təşəkkür edirik. Baş məşqçi Füzuli Məmmədova təşəkkür edirəm ki, uzun fasilədən sonra mənə şans verdi, oynadım".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin qapıçısı Aqil Məmmədov Premyer Liqanın XVI turunda "Qarabağ"la qolsuz bərabəra qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 31 yaşlı qolkiper "Qapıçı mövqeyindəki dəyişiklik nə ilə bağlı idi" sualına belə cavab verib: "Bilmirəm. Bu suala baş məşqçi cavab verə bilər. Mənlik deyil".
Məmmədov Ağdam təmsilçisi ilə görüşə qələbə üçün çıxdıqlarını vurğulayıb: "Futbolçular da əzmkar oyun sərgilədilər. Qələbə çatmadı. Biz bura 3 xal üçün gəlmişdik".
Qapıçı onu da deyib ki, sabiq baş məşqçi Roberto Bordinin gedişindən sonra komandada canlanma var.