Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin ilk matçlarına yekun vurulub. Sportnet.az xəbər verir ki, son oyun günündə 5 qarşılaşma keçirilib.
İranlı legionerlərlə güclənən “Badamlı” “Forza Neftçi”nin qonağı olub. Azarkeşlərin xüsusi rəng qatdığı görüşün qalibi Naxçıvan təmsilçisi olub.
Elə “Nəqşicahan” da ümidini əcnəbi transferlərə bağlasa da, "Bakı TFK" ilə matçda tərəflər hərəyə bir dəfə fərqləniblər.
Maraqlı nəticə isə ölkə kubokunun son qalibi EKOL-la ilə İkinci Liqanın lideri NTD-nin duelində qeydə alındı. Gözlənildiyinin əksinə olaraq, İkinci Liqa komandası inamlı qələbə qazanıb.
"Yasamal İSK" – "Atletiko Baku" matçında “ikincilər” əksər hallarda hesabda öndə olsalar da, oyun “sülh”lə başa çatdı.
Mərhələnin son oyununda “Baker Tilly” Yüksək Liqa təmsilçisini məğlub edib. Bu mərhələnin cavab oyunları fevralın 14-16 fevralda keçiriləcək.
Azərbaycan Kuboku
1/16 final, ilk oyunlar
"Forza Neftçi" – "Badamlı" - 2:5
"Bakı TFK" – "Nəqşicahan" - 1:1
EKOL – NTD - 2:5
"Yasamal İSK" – "Atletiko Baku" - 4:4
"Standard" – "Dalğa" - 6:1
"Xızı Futzal" – "Baker Tilly" - 0:5
"Premier Quba" – "Bibi-Heybət" - 5:3
"Bakur Fire" – "Advokat" - 5:4
"Neftçi" – "Gənclik İK" - 10:0
"Record club" – "Hövsan" - 6:8
"Baku Fans" – "Zəngilan" - 8:2
"Star karqo" – "Star karqo-2" - 4:6
"Yasamal İSK-2" – "Yurd MFK" - 4:5
"Red Line" – "Borçalı" - 2:1
"Araz" – "Baker Huges" - 17:2
"Marafon" – "Altay" - 4:1