Portuqaliyanın "Portu" klubunun qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının (RFF) prezidentliyinə namizədliyini açıqlayıb.
Sportnet.az "Cadena Ser" nəşrinə istinadən xəbər verir ki, hazırkı prezident Luis Rubiales 39 yaşlı qolkiperin ona rəqib olmasından narahatdır.
İspaniya yığmasının sabiq qapıçısı artıq bununla bağlı sabiq komanda yoldaşları ilə görüş keçirib. Daha öncə Kasilyasın Rubialeslə münasibətlərinin yaxşı olmadığı bildirilib.
Seçkilər bu ilin payızında baş tutacaq.
Qeyd edək ki, İker Kasilyas 2019-cu ilin may ayında infarkt keçirib. Təcrübəli oyunçu əməliyyat olunub və noyabrda məşqlərə qayıdıb. İspaniya millisinin sabiq üzvü 1998 – 2015-ci illərdə vətənində “Real Madrid”in formasını geyinib. O, 2015-ci ildən "Portu"nun formasını geyinir.