"Çempionlar Liqasını qazanmaq istəyirəm. Bunu xəyal edir və növbəti iki həftə ərzində "Real Madrid"lə oyuna hazırlıq prosesini səbirsizliklə gözləyirəm".
Sportnet.az "Sky Sports"a istinadən xəbər verir ki, bu fikirləri İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları İspaniya "Real Madrid"i ilə matç barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis iki həftə ərzində xoşbəxt olacağını vurğulayıb: "Qələbə qazanmasaq, idman direktoru deyə bilər: "Bu, pisdir, Çempionlar Liqasını qazanmaq istəyirik, səni qovacağam".
Qeyd edək ki, komandalar arasında 1/8 final mərhələsinin ilk oyunu fevralın 26-da, cavav qarşılaşması isə martın 17-də olacaq. Qvardiola 2016-cı ildən "Mançester Siti"də işləyir. "Şəhərlilər" onun rəhbərliyi altında iki dəfə İngiltərə çempionu olub.