
İngiltərənin "Mançester Suri" klubu 2 il müddətinə Avropa kuboklarından kənarlaşdırılıb.
Sportnet.az-ın xəbərinə görə, klub maliyyə fırıldaqçılığında ittiham edilir.
Qərara əsasən, İngilis klubunun Avropa yarışlarında iştirakı iki il müddətinə ləğv edilib və 30 milyon avro məbləğində cərimələnib.
Beləliklə, "Mançester Siti" 2020/2021 və 2021/2022 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.
Qeyd edək ki, "Mançester Siti"nin 2012-2016-ci illər aralığında maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.