İtaliyanın "Breşiya" klubunun futbolçusu Mario Balotelli naməlum gənc qızın şantajı ilə üzləşib.
Sportnet.az "Giornale di Vicenza"ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Fransa "Nitsa"sında çıxış etdiyi vaxt 17 yaşında olan həmin qızla görüşüb. Lakin qız o dövrdə Balotelliyə yetkinlik yaşına çatdığını bildirib.
Cütlük arasında seksual əlaqə başladıqda isə o, qalmaqallı forvarda əsl yaşını açıqlayaraq, özünün susmasından ötrü 100 min avro tələb edib. Əks halda, o, jurnalistlərə hər şeyi açıqlamaqdan əlavə, seksual zorakılığa məruz qaldığını bildirəcəyini söyləyib. Hazırda polis insidenti araşdırır.
Qeyd edək ki, Mario Balotelli "Nitsa"da 2016 - 2018-ci illərdə forma geyinib.