
“Sabah”ın futbolçusu Yevgeni Koçuk Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, mövsümün XVII turuna təsadüf edib. “Sumqayıt”la səfər matçına qədər hesabında 49 oyun olan moldovalı yubiley görüşündə forma geyinib.
“100”ü yarılayan legioner Premyer Liqada 2017/18 mövsümündə debüt edib. Həmin vaxt “Səbail”in formasını geyinən futbolçu 13 matçda 2 qol vurub. Ötən mövsüm bu klubda 22 qarşılaşmaya çıxan Koçuk 4 dəfə rəqib qapısına yol tapıb. Cari çempionatın ilk yarısında “Səbail”də keçirdiyi 12 görüşdə 1 qola sevinən moldovalı bu klubda cəmi 47 oyun keçirib və 7 qol vurub. Qış fasiləsində “Sabah”a üz tutan Yevgeni yeni komandasında 3 oyunda iştirak edib.
Qeyd edək ki, oyun "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:1.