Bu gün Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu İqor Ponormaryovun yubileyidir.
Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin sabiq futboçusunun 60 yaşı tamamlanır. Ponomaryov SSRİ yığmasının heyətində 1978-ci ildə yeniyetmələr arasında Avropa çempionu, 1979-cu ildə gənclər arasında dünya çempionatının gümüş, 1988-ci ildə isə olimpiya oyunlarının qızıl medalçısı olub.
SSRİ çempionatında “Neftçi” və ÇSKA (Moskva) klublarının heyətində çıxış etmiş Ponomaryov ardıcıl 24 penaltini dəqiq yerinə yetirməklə bu sahədə çempionatın rekorduna imza atıb. Veteran futbolçu SSRİ çempionatının 100 ən çox qol vurmuş futbolçusu siyahısına düşüb. O, 1989-cu ildə “Norçöpinq” klubunun heyətində İsveç çempionu olub.
2000-2001-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olmuş təcrübəli mütəxəssis, cari mövsümün ilk yarısında “Sabah”da müvəqqəti baş məşqçi vəzifəsində çalışıb. Klub onun rəhbərliyi altında keçirdiyi 7 oyunda 11 xal toplayıb.
Hazırda İqor Ponomaryov "Sabah"ın Müşahidə Şurasının üzvüdür.