Türkiyə millisi AVRO-2020 ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, İngiltərə "Kristal Pelas"ında çıxış edən Cenk Tosun məşq vaxtı zədələnib. Onun yaşıl meydanlardan 6 ayadək kənarda qalacağı müəyyənləşib.
Daha əvvəl Yusuf Yazıcı və Merih Demiralın da uzunmüddətli zədə problemi ilə üzləşdiyi açıqlanıb. Onların da AVRO-2020-ni buraxacaqları bildirilir. Əvəzində Abdulkadir Ömür artıq yaşıl meydanlara qayıdıb, Dorukhan Toköz isə kollektiv məşqlərə hələ başlamayıb.
Qeyd edək ki, Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. AVRO-2020-nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.