İtaliyanın "Benevento" komandasının futbolçuları koronavirusa görə matçların keçirilməsi qaydasına yumorla reaksiya veriblər.
Sportnet.az-ın məlumatına görə, komanda üzvləri B Seriyasının XXVIII turunda "Peskara"nı 4:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra qələbəni qeyd etmək qərarına gəlib. Oyunçular azarkeşlərin olmadığı boş tribunaya tərəf gedərək ot ortüyünün üzərinə yıxılıblar.
Qeyd edək ki, "Benevento" - "Peskara" matçı martın 8-də keçirilib. Martın 9-da isə İtaliya Milli Olimpiya Komitəsi ölkədəki bütün idman yarışlarının aprelin 3-dək dayandırıldığını açıqlayıb. Bu qərar ölkənin bütün futbol liqalarına da şamil olunub.