
Almaniyanın "Ayntraxt" klubunda koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Sportnet.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın futbolçularından birində infeksiya aşkarlanıb. Bildirilib ki, oyunçuda tipik xəstəlik simptomları müşahidə olunduqdan sonra dərhal testdən keçirilib və analiz müsbət nəticə verib. Klubun bir neçə əməkdaşının 14 günlük karantinə alınacağı vurğulanıb.
Qeyd edək ki, Avropada hazırda yeni növ koronavirusa yoluxan və adları açıqlanan futbolçuların sayı 23 nəfərdir.