Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu ölkə çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 8 aydır davam edən cari mövsüm ilk “onluq”da yer alan üç futbolçunun irəliləməsi ilə nəticələnib. Rahid Əmirquliyev və Rəşad Sadiqov 2-ci yerə şərik olaraq, Azər Məmmədovu bu mövqedən sıxışdırıblar. Rəşad Sadıqov isə Elnur Abdullayevi keçməklə 9-cu olub.
Siyahıya isə Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. O, Sadiqovla Əmirquliyevi 29 oyun qabaqlayır.
|
1 |
Mahmud Qurbanov |
421 |
|
2-3 |
Rəşad Sadiqov |
392 |
|
2-3 |
Rahid Əmirquliyev |
392 |
|
4 |
Azər Məmmədov |
388 |
|
5 |
Aslan Kərimov |
382 |
|
6 |
Rəşad Abdullayev |
378 |
|
7 |
Aqil Məmmədov |
363 |
|
8 |
İsmayıl Məmmədov |
351 |
|
9 |
Rəşad Sadıqov |
343 |
|
10 |
Elnur Abdullayev |
334 |














































































