Rusiya və keçmiş SSRİ-nin tanınmış müğənnisi, Moksva "Dinamo"sunun Məşvərət Şurasının üzvü Lev Leşenkonun koronavirusa yoluxması təsdiqlənib.
Sportnet.az-ın məlumata görə, həkimlər Leşşenkonun səhhətinin çox ağır olduğunu bildiriblər. O, hazırda reanimasiya şöbəsindədir.
Qeyd edək ki, bir müddət əvvəl Lev Leşenkoda ağciyərin iltihabı aşkar edilmişdi. Dünən koronavirusla bağlı aparılan testin nəticəsi martın 26-da müsbət olub. Leşenko həyat yoldaşı ilə birlikdə xarici səfərdən sonra xəstəxanaya yerləşdirilmişdi. O, "Dinamo"da 2019-cu ilin dekabrından çalışır.