Bakının sabiq baş məşqçisi Milinko Pantiç İspaniya “Atletiko”sunun əsas komandasına rəhbərlik etmək istəyir.
Sportnet.az-ın məlumatına görə, bu barədə 54 yaşlı mütəxəssis “Larazon” nəşrinə açıqlamasında bildirib.
Serbiyalı baş məşqçi bunun böyük arzusu olduğunu söyləyib: “Bunun tez ya da gec olacağına əminəm. Mənim xəyalım dəyişməz olaraq qalır: “Atletiko”da baş məşqçi olmaq. Bu vaxtın gələcəyinə əminəm. İddialı insanam, gec və ya tez istəyimə çatacağam”.
Qeyd edək ki, Milinko Pantiç 2013/2014 mövsümündə “Bakı”ya rəhbərlik edib. O, 2011/2012 mövsümündə “Atletiko”nun əvəzedici komandasının baş məşqçisi olub. Mütəxəssis futbolçu olduğu dönəmdə İspaniya klubu ilə 1995/1996 mövsümündə La Liqa çempionu olub və ölkə kubokunu qazanıb.