
FIFA koronavirus pandemiyası ilə əlaqədar dayandırılan mövsümün taleyinə dair qərarı yaxın günlərdə verəcək.
Sportnet.az “The Athletic” nəşrinə istinadən məlumatına görə, ali futbol qurumu hazırkı mövsümü qeyri-müəyyən müddətə uzadacaq. Milli liqaların bitmə vaxtının isə müstəqil şəkildə müəyyənləşdirilməsinə imkan veriləcək.
Yay transfer dönəminin vaxtı da dəyişdiriləcək və klublar qalan matçları başa çatdırmaq üçün bu il iyunun 30-dək olan müqavilələri yeniləyə biləcəklər.
Hazırda koronavirus pandemiyası səbəbindən dünyada demək olar ki, bütün yerli çempionatlar dayandırılıb. Avropada isə matçların baş tutduğu yeganə ölkə Belarusdur.