İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç ölkəsi İsveçin "Hammarbü" komandasının heyətində məşqə çıxıb.
Sportnet.az-ın məlumatına görə, həm 39 yaşlı hücumçu, həm də klub hazırlıq prosesindən çəkilmiş şəkilləri sosial şəbəkə hesablarından paylaşıb. Təcrübəli forvardın məşqlərdə qonaq qismində iştirak etdiyi bildirilib.
Koronavirus pandemiyasına baxmayaraq, İsveçdə komandaların kollektiv məşq etmələrinə və azarkeşsiz yoldaşlıq oyunları keçirmələrinə icazə verilir.