Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası
keçirilib. Sportnet.az-ın
məlumatına görə, iclasda Azərbaycan I
Divizionunun XIII turunun bir
neçə oyunu ilə bağlı müvafiq qərarlar verilib.
Azərbaycan I
Divizionunun XIII turunun "Şuşa” – "Energetik” matçının 48-ci dəqiqəsində
"Energetik” klubunun 8 №-li futbolçusu Pərviz Hüseynov sonuncu ümid fouluna
görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır, klub 20 manat cərimə olunur.
Azərbaycan I Divizionunun XIII turunun MOİK – "Bakılı” matçında
"Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat
cərimə olunur.
Azərbaycan I Divizionunun XIII turunun "Lokomotiv” – "Mil-Muğan” matçının 33-cü dəqiqəsində "Lokomotiv” klubunun 10 №-li futbolçusu Rəsul Teymurxanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.