Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 48 yaşı tamam olur.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisinin və onun sabiq komandası "Neftçi"nin rəsmi saytları video-təbrik hazırlayıb. "Qarabağ"ın hazırladığı süjetdə Prezident İlham Əliyevin təcrübəli mütəxəssis barədə fikirlərinə də yer verilib.
"Neftçi"nin video-təbriki isə Qurbanovun "ağ-qaralar"ın futbolçusu olduğu vaxt məhz "Qarabağ"ı iki dəfə məyus etdiyi oyuna həsr olunub. 2004-cü il martın 13-də uzun fasilədən sonra çempionatın bərpa olunduğu qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, Qurban Qurbanov "Qarabağ"adək "Neftçi"nin futbolçusu, baş məşqçisi və idman direktoru olub.