
Argentina Futbol Federasiyası koronavirusla mübarizəyə dəstək olub.
Sportnet.az-ın məlumatına görə, qurum futzal meydanlarından birini müvəqqəti olaraq xəstəxanaya çevirib.
Meydana 120 yataq yerləşdirib və koronavirusa yoluxan xəstələrin müalicəsinə başlanılıb.
Qeyd edək ki, Argentinada 2 000-dən çox insan koronavirusa yoluxub, 96 nəfər vəfat edib.