“Futbolçunun yanındakı həyat olduqca çətindir, amma qarşılıqlı anlaşma və dəstəklə bunu asanlaşdıra biləcəyimizə ümid edirik. Pis şeylərdən biri də odur ki, heç vaxt nəsə planlaşdıra bilmirsiniz. Çünki hər şey oyunların cədvəlindən və nəticələrdən asılıdır”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Nikolas Yannunun həyat yoldaşı Kristina Efstatyu “Kerkida” nəşrinə müsahibəsində deyib.
O, hər dəfə stadiona gedən eyni hissi keçirdiyini sözlərinə əlavə edib və Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirdikləri cavab qarşılaşmasını xüsusi fərqləndirib: "Bu mövsüm Bakıda “Qarabağ”la oyun həmişə yadımda qalacaq. Nikolasın APOEL-in Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etməsinə töhvə verməsi heç vaxt unuda bilməyəcəyim bir şeydir”.
Qeyd edək ki, "Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib, cavab qarşılaşmasında isə 0:2 hesabı ilə uduzduğu üçün pley-off-a vəsiqə qazana bilməyib.