2021-ci ildə Kamerunda keçirilməsi planlaşdırılan futbol üzrə Afrika Millətlər Kuboku təxirə salınacaq.
Sportnet.az xəbər verir ki, bu barədə “BeIN Sports”un jurnalisti Məhəmməd Nejari "Twitter"də yazıb.
O bildirib ki, turnir 2022-ci ildə olacaq.
Qeyd edək ki, turnir ənənəvi olaraq yanvar-fevral aylarında iki ildən bir keçirilir. Lakin ötən il Misirdə təşkil olunan yarış yayda baş tutub. 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi finalda Seneqalı 1:0 hesabı ilə məğlub edən Əlcəzair millisi olub.