
İngiltərə Liqa Kubokunda 2020/2021 mövsümü koronavirus pandemiyasına görə ləğv oluna bilər.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu, hazırkı mövsümün vaxtından əvvəl yekunlaşacağı təqdirdə gerçəkləşəcək.
Yeni təqvim daxili yarışlara təsir göstərəcək və Liqa Kuboku matçlarına vaxt qalmayacaq.
Bildirilib ki, növbəti mövsüm Premyer Liqada 23 komanda mübarizə apara bilər. 3 klub elitaya aşağı liqadan qoşulacaq. Bu halda hər bir komandanın keçirəcəyi oyunların sayı 38-dən 44-ə çatacaq.
Qeyd edək ki, İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə dayandırılıb.