
Almaniyanın "Bayer" klubu futbolçusu Çarles Aranqislə yeni müqavilə imzalayıb.
Sportnet.az-ın Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, çilili yarımmüdafiəçinin sözləşməsinin müddəti daha 3 il uzadılıb.
31 yaşlı oyunçu 2023-cü ilin yayına qədər Bundesliqa klubunun formasını geyinəcək.
Qeyd edək ki, Luis Aranqis 2015-ci ildə Braziliyanın "İnternsasional" komandasından "Bayer"ə transfer olunub.