ABŞ millisinin qadın futbolçusu Meqan Rapino ölkənin vitse-prezidenti vəzifəsinə keçməyə razı olduğunu bildirib.
Sportnet.az "Sports Illustrated"ə istinadən xəbər verir ki, yerli "Reyn" klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi Demokrat Partiyasından Co Baydenin ölkəyə rəhbərlik edəcəyi təqdirdə bu addımı atacağını açıqlayıb.
O, yeni vəzifədə futbol oynayaraq da çalışmasının mümkünlüyünü söyləyib: "Sadəcə, demək istəyirəm ki, sizə vitse-prezident lazımdırsa, mən söhbətə hazıram. Detalları müzakirə edə bilərik. Siyahınıza əlavə edə bilərsiniz - deyə oyunçu siyasətçi və onun xanımı ilə "Instagram"da canlı yayım zamanı vurğulayıb.
Qeyd edək ki, daha öncə ABŞ-ın futbol üzrə qadınlardan ibarət millisinin yerli federasiyaya qarşı qeyri-bərabər maaşla bağlı iddiası rədd edilib.