Aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru, eyni zamanda, U-17 milli komandasının baş məşqçisi Miloş Velebitin və Premyer Liqa klublarının koordinator və məşqçilərinin iştirakı ilə onlayn iclas keçirilib.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda aşağı yaş qruplarından ibarət milli komandalara karantin dövründə keçirilən məşqlərdən danışılıb və klublara bu barədə ətraflı məlumat verilib. Klublar da öz növbəsində futbolçuların hazırki fiziki durumu və keçirilən fərdi məşqlər haqqında nəticələri bölüşüblər.
“Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “Keşlə”, “Səbail” və “Sabah” nümayəndələrinin qatıldığı iclasda postpandemiya dövründə görüləcək işlər, gələcək planlar müzakirə olunub.