Almaniya Futbol İttifaqı (DFB) ölkə kubokunda yarımfinal və final oyunlarının vaxtını açıqlayıb.
Spornet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1/2 final görüşləri 9-10 iyunda keçiriləcək.
Kubokda həlledici qarşılaşma isə iyulun 4-nə təyin olunub.
Yarımfinalda "Bavariya" evdə "Ayntraxt"la, "Saarbrükken" isə "Bayer"lə üz-üzə gələcək.
Almaniya kubokunun finalı daha əvvəl mayın 23-nə nəzərdə tutulsa da, sonradan federasiya görüşü qeyri-müəyyən müddətədək təxirə salmışdı.
Qeyd edək ki, Almaniya Bundesliqası mayın 16-da Dortmund "Borussiya" və "Şalke" arasındakı Rur derbisi ilə start götürəcək.