Rusiyanın "Soçi" klubunun futbolçusu Qanelli İmbula Fransada avtomobil oğurluğunda ittiham olunur.
Sportnet.az-ın "L Equipe" nəşrinə istinadən məlumatına görə, ittihamçı rolunda Morqan B. adlı şəxs çıxış edir. O, "Audi RS 3 breaak" markalı maşını konqolu yarımmüdafiəçidən 2018-ci ilin yayında alıb. Lakin sonradan İmbula həmin maşını satdığı şəxsdən oğurlayıb. Morqan B. polisə şikayət edib. Əvəzində o, şantaj və dələduzluq iddiaları cavabını alıb.
2018-ci ildə İmbula İspaniyada avtomobil qəzasına düşüb. Həmin vaxt sükan arxasında onun əmisioğlu olub. Qərara alınıb ki, polisə müraciət olunmasın. Qəzanın ikinci iştirakçısı isə hadisə yerini tərk edib.
"Audi"yə zərər dəydiyindən, əmisioğlu futbolçuya Tuluzadan olan mexanik dostu ilə əlaqə saxlamağı təklif edib. Usta hadisə yerinə gəldikdə onu daha şəxs müşayiət edib. İmbula həmin şəxsin Morqan B. olduğunu iddia edir. Onun sözlərinə görə, Morqan B. sığorta firmasının işçisi olduğundan, futbolçuya qəzadan pul itirməməkdə necə yardımçı olmağı bilib.
Sığorta işçisi "Audi"ni öz yük maşını ilə sürüməklə, ona daha böyük zərər vurmağı, daha sonra qəzaya görə məsuliyyəti öz üzərinə götürməyi təklif edib. O, futbolçuya zərəri sığorta şirkəti vasitəsilə ödəmək fikrində olub. İmbula həmin vaxt buna razılaşıb. Amma indi o, özünün sığorta kələyində iştirak etdiyini bilmədiyini iddia edir.
Bir neçə həftə sonra oyunçu maşınını geri ala bilmədiyi üçün narahat olmağa başlayıb. İmbula hüquq-mühafizə orqanlarına məktubunda Morqan B.-nin susqun qalmasını sığortaçısının şikayətindən sonra həbs olunması ilə əlaqələndirib. Sonradan Morqan B. futbolçudan nəqliyyat vasitəsinin qeydiyyatı barədə vəsiqə və qəza nəticəsində xəsarət almış "Audi"nin satıldığına dair arayış göndərməsini xahiş edib. Bu sənədlər avtomobilin həqiqətən də sahibi olduğunu sübuta yetirmək üçün lazım olub.
2018-ci ilin sentyabrında İmbula "Audi"dəki geolokasiyadan yararlanaraq, avtomobilin yerini izləməyi qərara alıb. Maşının ikinci açarına malik əmisioğlu isə avtomobili götürüb. Maşının yoxa çıxdığını öyrənən Morqan B. polisə oğurluqla bağlı şikayət edib. 2018-ci ilin oktyabrında avtomobil futbolçunun əmisioğlu sükan arxasında ikən saxlanılıb.
Morqan B. fırıldaqçılığa yol verdiyini qətiyyətlə təkzib edib. O, İmbulaya zərər görmüş maşınını almağı təklif etdiyini söyləyib. Vəkili isə sığortaçının hər dəfə 15 min dollar ödəməklə, maşını 30 min dollara aldığını bildirib.
Futbolçunun özü isə işlə bağlı şərh verməkdən imtina edib. Vəkili Jan-Jak Bertran isə bildirib ki, müştərisi böyük səbrlə işin yekununu gözləyir. İmbula maşınını geri qaytarsa da, ondan hökm çıxmayanadək yararlana bilməyəcək.